Türkiyədə zəlzələdən öncə müəmmalı parıltıların izahı verildi - VİDEO
Fevralın 6-da Türkiyədə zəlzələdən bir neçə saniyə əvvəl səmada müəmmalı parıltılar müşahidə olunub.
Redaktor.az xəbər verir ki, bu fenomen tribolüminesensiya kimi tanınır və Amerika Seysmoloji Assosiasiyasının məlumatına görə, hələ 17-ci əsrdə sənədləşdirilib. Şimal işıqlarına bənzər işıqlar ani olaraq görünür. Onlar olduqca nadir, bütün zəlzələlərin yalnız 0,5%-dən də azı zamanı müşahidə olunur.
Bəzi ekspertlər zəlzələ zamanı səmada görünən işığın almaz və ya kvars kimi materialların sınması və ya toqquşmasının nəticəsi olduğuna inanırlar.
Bir qism alimlər isə hesab edirlər ki, parlamaların səbəbkarı elektrik yükləridir.
Bu işıqların zəlzələnin xəbərçisi ola biləcəyini iddia edənlər də var. Lakin bu iddia sübut olunmayıb.
Digər bir versiyaya görə, radon kimi inert qazlar zəlzələdən əvvəl yerdə mövcud olan çatlardan sızaraq, oksigenlə qarışaraq daha çox yerli işıqlandırma hadisələri yaradır.
Nyu Cersidəki Rutgers Universitetinin mütəxəssisləri isə belə qənaətə gəliblər ki, bu işıqlar planetin geoloji laylarının sürüşməsi nəticəsində Yerin daxilində elektrik yükünün artması ilə əlaqədardır. Yəni tribolüminesensiya mineral materialların sürtünməsi, qopması və ya təsiri nəticəsində baş verir.
Digər tərəfdən, NASA-nın kristalloqrafı Friedemann Feind izah edir ki, müəyyən növ süxurlar mənfi yüklü oksigen atomlarının buxarlarını məhv edə və havada elektrik boşalmalarına səbəb ola bilər.