"Ukraynaya döyüş təyyarələrinin tədarükü barədə qərarı NATO verəcək" - Polşa Baş naziri

 11:02 09.02.2023     531

Polşanın Baş naziri Mateuş Moravetski hesab edir ki, Ukraynaya döyüş təyyarələrinin tədarükü ilə bağlı qərarı NATO verəcək, lakin hələlik bu məsələdə razılıq əldə olunmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Corriere della Sera" qəzetində dərc olunan müsahibəsində deyib. 

"Döyüş təyyarələri ilə bağlı qərar NATO-dan asılıdır. Hazırda bu məsələdə razılıq yoxdur",- Moravetskir qeyd edib.

Qeyd edək ki, yanvarın 26-da Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrinin Kiyevə tanklar göndərmək qərarından sonra NATO-dan müasir döyüş təyyarələri və uzaqmənzilli raketlər tələb edib.

Xatırladaq ki, yanvarın 31-də ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton F-16 qırıcılarını Ukraynaya göndərməyəcək.

Tunar Altunbay