Dağıntılar altında qalan qızının çıxarılması üçün ata qolunu kəsdirdi
Türkiyədə dağıntılar altında qalanların xilasetmə əməliyyatları davam edir.
Redaktor.az xəbər verir ki, zəlzələnin ən çox təsirli olduğu Hatay bölgəsində xilasedicilər ata və azyaşlı qızını bina uçqunundan qurtarmağa çalışıblar.
Ata qızının dağıntılar altından çıxarıla bilmədiyini gördükdə beton pilitələr arasında qalan qolunun kəsilməsinə razı olub.
Atanın qızının xilası üçün öz qolunu fəda etməsi ətrafdakı hər kəsi kövrəldib (BAKU.WS).