Erməni spikerdən müxalifətə: "Toplaşıb Türkiyəyə hücuma keçək?"

 11:54 09.02.2023     786

"Biz xristianlar Türkiyədə baş verənlərə cavab verməyə bilməzdik".

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan fevralın 9-da Milli Assambleyanın iclasında Ermənistanın güclü zəlzələ ilə bağlı Türkiyəyə verdiyi başsağlığı və yardımı şərh edərkən bildirib.

Onun sözlərinə görə, bütün dünya, o cümlədən Kipr Türkiyəyə başsağlığı verib. "Hər yerdə kömək göstərildi. Ermənistan hakimiyyəti sadəcə olaraq ölkənin təhlükəsizliyini təmin etmək istəyir.

Nə etməyi təklif edirsiniz? 90 milyon əhalisi olan Türkiyəyə toplaşıb hücuma keçək? Mən sadəcə nə təklif edəcəyinizi başa düşmək istəyirəm. Sizin variantınız nədir?”, - deyə Simonyan müxalifət deputatlarına müraciət edib.

Turan İSMAYIL