Cənubi Koreya nüvə təhlükəsini izləmək üçün mikropeyklər buraxacaq

 11:57 09.02.2023     356

Cənubi Koreya 2030-cu ilə qədər Koreya yarımadasındakı vəziyyətin monitorinqi, o cümlədən Şimali Koreyadan gələn nüvə təhlükəsi haqqında məlumatların sürətlə toplanması üçün mikropeyklər almağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Milli Müdafiə Təchizatları Administrasiyasına (DAPA) istinadən məlumat verib.

Məlumata görə, layihəyə 1,1 milyard dollar ayrılacaq.

Qurumlararası plan Daejonda DAPA nümayəndələrinin Elm və İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi, Sahil Mühafizəsi və Milli Kəşfiyyat Xidmətindən olan həmkarları ilə görüşündə təqdim edilib.

Hökumət bu ilin iyul ayına kimi peykləri hazırlayacaq şirkətləri müəyyən etmək niyyətindədir.

Onların radar aperture sintez texnologiyası və elektro-optik texnologiya ilə təchiz ediləcəyi gözlənilir.

Peyk sınaqlarına 2026-cı ilin ikinci yarısında, onların orbitə buraxılmasına isə 2028-ci ildə başlanacaq.

Tunar Altunbay