Zelenski Brüsselə Makronla birlikdə gəldi

 13:48 09.02.2023     306

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı liderlərinin sammiti başlayıb.

Redaktor.az rbc.ua-ya istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 9-da Brüsselə gəlib. O, Avropa Parlamentində çıxış edəcək.

“Ukrayna prezidenti Brüsselə Emmanuel Makronun prezident təyyarəsində uçub”,- deyə məlumatda bildirilir.

Artıq Brüsseldə Volodimir Zelenskinin gəlişini gözləyən jurnalistlər növbəsi toplaşıb.

Avropa Parlamentində çıxış etməzdən əvvəl Volodimir Zelenskinin şərəfinə Ukraynanın himni səsləndirilib, onu Avropa Parlamentinin rəhbəri Roberta Metzolla qarşılayıb.

Avropa Parlamentinin sədri bunu tarixi gün adlandırıb.

Tunar Altunbay