Daha bir ölkədə Türkiyədəki zəlzələyə görə matəm elan edildi

 16:08 09.02.2023     869

Şimali Kipr Türk Respublikasında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı 7 günlük milli matəm elan olunub.

Redaktor.az-ın yerli mediaya istinadla məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir həmrəyliyə görə Şimali Kiprə təşəkkür edib.

Çavuşoğlu Türkiyədə baş verən zəlzələdən sonra Şimali Kiprin axtarış-xilasetmə işlərində aktivlik nümayiş etdirdiyini də qeyd edib.

Xatırladaq ki, ötən gün Banqladeş də Türkiyə və Suriyada baş verən güclü zəlzələ nəticəsində həlak olanlara görə ölkədə 7 gün matəm elan edib.

T.İSMAYIL