Türkiyə bu sayda ölkənin yardım təklifini qəbul edib - Çavuşoğlu AÇIQLADI
Türkiyə 95 ölkədən ölkənin cənub-şərqində baş vermiş dağıdıcı zəlzələdən sonra yardım təklifini qəbul edib.
Redaktor.az xəbər verir ki, bunu Ankarada keçirdiyi mətbuat konfransında xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Biz 95 ölkədən yardım təklifini qəbul etmişik. 56 ölkədən 6479 xilasedici axtarış-xilasetmə əməliyyatlarında iştirak edir. Daha 19 ölkə 24 saat ərzində öz mütəxəssislərini göndərəcək", - Çavuşoğlu vurğulayıb.
Turan İSMAYIL