Hatayda 5 nəfərlik ailə dağıntılar altından sağ çıxarıldı - VİDEO

 17:41 09.02.2023     364

Türkiyənin Hatay vilayətinin Belen rayonunun Sarımazı məhəlləsində AFAD və "Cansuyu" Dərnəyinin xilasediciləri zəlzələdən 82 saat sonra 5 nəfərli ailəni dağıntılar altından xilas ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

“Zəlzələdən 82 saat sonra bir ailə - ata, ana və üç uşaq dağılmış binanın xarabalığının altından sağ-salamat xilas edildi”, - qeyd edilib.

Xilas edilənlər alqışlarla tibb işçilərinə təhvil verilib.

Tunar Altunbay