Vaşinqton hava şarına görə Çinə sanksiyalar tətbiq edəcək
ABŞ administrasiyası Çin Xalq Azadlıq Ordusuna bağlı təşkilatlara qarşı ÇXR-in hava şarının ABŞ ərazisi üzərində uçuşu ilə əlaqədar sanksiyalar tətbiq edə bilər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi məlumat verib.
“Birləşmiş Ştatlar hava şarının ABŞ hava məkanına daxil olmasına şərait yaradan ÇXR ordusuna bağlı təşkilatlarına qarşı tədbirlər görmək məsələsini nəzərdən keçirəcək”, - diplomat bildirib.
Turan İSMAYIL