Süleyman Soylu tibb personalımıza təşəkkür etdi
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin tibb personalına təşəkkür edib
Redaktor.az xəbər verir ki, bu barədə "report" məlumat yayıb.
"Bu, Azərbaycanın bizə verdiyi dəstəyə görə çox qiymətlidir. Həm insanımıza kömək edirsiz, həm də birlikdə çalışırıq. Allah sizdən razı olsun, minnətdaram. Qardaşın qardaşa borcu olmaz",- Soylu FHN-in Mobil səhra hospitalına gələrkən bildirib.