Zəlzələyə görə 800 sıxılma sindromlu xəstə var
"Kahramanmaraşda baş verən 7.7 və 7.6 ballıq zəlzələdə dağıntılardan xilas edildikdən sonra sıxılma sindromu yaşayan təxminən 800 xəstə var".
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Böyrək Vəqfi başçısı Timur Erk deyib.
Onun sözlərinə görə, sıxılma sindromundan əziyyət çəkən təxminən 800 xəstənin təcili müalicəyə ehtiyacı var:
"Vəqfimiz dağıntılar altında qalaraq sıxılma sindromu olan xəstələrin müalicələrini həyata keçirməsi üçün lazım olan bütün işləri görür. Bütün zərərçəkənlərə kömək etməyə çalışırıq".