Kiyevdə partlayış oldu - 3 ölü, 6 yaralı

 23:33 09.02.2023     232

Ukraynanın paytaxtı Kiyev şəhərində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Adminstrasiyası məlumat yayıb.

Bildirilir ki, keçmiş zavodun ərazisində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub. Hadisə zamanı daha 6 nəfər yaralanıb. Beş nəfər xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, paytaxtın Darnitsa rayonunda qeydə alınan hadisəyə səbəb qaz balonu partlayışı olub.