99-cu saatda ümidin qələbəsi: Dağıntılar altından daha 1 nəfər sağ çıxarıldı

 09:56 10.02.2023     402

Türkiyədə baş verən zəlzələdən sonra axtarış-xilasetmə zamanı daha bir möcüzə baş verib.

Redaktor.az “TRT haber”ə istinadla xəbər verir ki, Kahramanmaraşda dağıntılar altından iki bacının səsi eşidilib.

Bacılardan biri 99-cu saatda dağıntılar altından çıxarılıb.

Məlumata görə, xilasedicilər digər bacının olduğu yerə çatmaq üçün betonlar arasında işləməyə davam edir.

Həmidə İbrahimova