10 günlük körpənin 90 saat sonra yenidən doğuşu... - FOTO

 10:08 10.02.2023     258

Türkiyədə artıq 5 gündür ki, zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilir.

Redaktor.az xəbər verir ki, xilasedicilər zəlzələdən əziyyət çəkən bölgələrdə 90 saata yaxın və daha çox müddət dağıntılar altında qalan körpə və azyaşlıları xilas ediblər.

Bu körpələrdən biri Hatayın Samandağ bölgəsində 90 saat sonra xilas edilən 10 günlük Yağız adlı körpə olub. O, anası ilə birlikdə dağıntılar altından sağ çıxarılıb.

Hatayda 7 yaşlı Asya adlı uşaq da 95 saat sonra xilas edilib.

Sözügedən vilayətdə 92 saatdan sonra Tolga Doğan adlı ata və 5 yaşlı qızı da xilas edilənlər arasında olub.

Eyni zamanda, xilas edilənlər arasında 1 yaş 5 aylıq Sela adlı qızcığaz da var. Onun ardınca, xilasedicilər körpənin valideynlərini, bacısını və dayısını da xilas edə bilib.

Kahramanmaraşda isə ana və qızı 92 saat sonra uçan binanın altından sağ çıxarılıb.

Süleyman adlı 6 yaşlı uşaq isə 88 saat sonra xilas edilib. 88 saat sonra Adıyamanda 2 qardaş eyni anda xilas edilib.

Bununla yanaşı, Hatayda 10 yaşlı Hilal zəlzələnin 90 saatının tamamında xilas edilib.