İsveç Türkiyəyə axtarış-xilasetmə qrupu göndərdi

 10:42 10.02.2023     633

İsveçdən Türkiyəyə kömək üçün axtarış-xilasetmə qrupu yola düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində məlumat verilib.

“Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün İsveç yardımı yoldadır. Axtarış-xilasetmə qrupunu daşıyan təyyarə İsveçdən havaya qalxıb. 45 nəfərlik qrupa tibb işçiləri, itləri olan axtarış-xilasetmə qrupları və idarəetmə dəstəyi daxildir. Bu həftənin əvvəlində İsveç ekspertlər göndərib və humanitar yardım üçün 3,2 milyon avro yardım ayırıb. İsveç həmçinin BMT-nin Fövqəladə Hallara Cavab Fondu (CERF) və Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) vasitəsilə dəstək göstərir”, - səfirlik bildirib.

Qeyd olunub ki, İsveçin Türkiyə və Suriyada zərərçəkmiş və ehtiyacı olanlara dəstək vermə səyləri davam edəcək.

İsveç Türkiyəyə axtarış-xilasetmə qrupu göndərib