Ukrayna ordusu rusların daha 730 hərbçisini, 1 helikopterini MƏHV ETDİ

 11:46 10.02.2023     298

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 135740 (+730) nəfər canlı qüvvəsi, 3258 (+3) tank, 6471 (+3) ədəd zirehli döyüş maşını, 2251 (+7) ədəd artileriya sistemi, 463 (+0) reaktiv yaylım atəşi sistemi, 233 (+1) hava hücumundan müdafiə sistemi, 295 (+0) təyyarə, 286 (+1) helikopter, 1970 (+3) PUA, 796 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5126 (+5) avtomobil texnikası və avtosistern, 211 (+0) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2