"Biz orada istədiyimizi edirik" - Bayden Çin şarından danışdı

 12:07 10.02.2023     366

ABŞ hava məkanına daxil olan Çin şarı beynəlxalq qanunları pozdu, lakin ümumilikdə insident ABŞ-ın milli təhlükəsizliyinin ciddi şəkildə pozulması deyildi.

Redaktor.az xəbər verir ki, bunu Amerikanın "Telemundo" telekanalına ABŞ Prezidenti Co Bayden deyib.

"Hər halda, bu, ciddi pozuntu deyil. Təbii ki, bu, beynəlxalq hüququn və hava məkanımızın pozulmasıdır. Hava məkanımıza gəlincə, biz orada istədiyimizi edirik", - Amerika lideri bildirib.

Turan İSMAYIL