Rusiya Ukraynanı raket atəşinə tutur - Ölkənin hər yerində hava həyəcanı verildi

 12:18 10.02.2023     294

Fevralın 10-da, səhər saat 8:20-dən sonra, Rusiyanın raket zərbələri ehtimalının yüksək olması səbəbindən bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı verilib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Kiyev vilayətində hava hücumundan müdafiə sistemi işləyir. Kiyevdə də partlayış səslərini eşidilir.

Qeyd olunub ki, Poltava, Nikolayev, Odessa, Dnepropetrovsk vilayətləri kütləvi raket atəşinə tutulur.

Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Yuri Kruk bildirib ki, ruslar dəniz daşıyıcılarından “Kalibr” buraxırlar.

Raket buraxılışlarını Odessanın hərbi rəhbəri Maksim Marçenko da təsdiqləyib. "Havada düşmən təyyarələri var, "Kalibr" raketləri daşıyan gəmilər dənizdədir. Düşmən raketlər atıb! Hava hücumu daha da uzadılacaq. Xahiş edirəm, hava hücumu siqnalına məhəl qoymayın və sığınacaqlara gedin. Biz hava hücumundan müdafiəyə inanırıq!".

Turan İSMAYIL