"Fransanın "Fəxri Legion" ordenindən məhrum edilməsi Putin üçün problem deyil" - Peskov
Rusiya Prezidenti Vladimir Putin Fransanın “Fəxri Legion” ordenindən məhrum edilməsindən narahat olmayacaq.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü dövlət başçısının mətbuat katibi Dmitri Peskov belə bir qərar qəbul edən Fransa Prezidenti Emmanuel Makronun sözlərini şərh edərkən bildirib.
"Düşünmürəm ki, bu, prezident Putin üçün hər hansı problem olacaq və bu, onun üçün prioritet məsələyə çevrilə bilər. Onun Rusiya vətəndaşlarına yaxşı məlum olan başqa prioritet məsələləri də var", - Kreml sözçüsü bildirib.
Belə bir addımın Putinlə Makron arasında ünsiyyətin intensivliyinə təsir edə biləcəyi sualına cavab verən Peskov qeyd edib ki, bu, hazırda “çox da intensiv deyil”.
Turan İSMAYIL