"Azərbaycan xilasediciləri var gücləri ilə çalışır ki, möcüzələr yaradaq" - Nazir müavini
"Azərbaycan xilasediciləri var gücləri ilə çalışırlar ki, möcüzələr yaratsınlar".
Redaktor.az "report"a istinadla bildirir ki, bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev zəlzələ bölgəsində jurnalistlərə açıqlamasında deyib
"Bu gün Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə göndərdiyi humanitar yadım avtomobilləri qardaş ölkənin Kahramanmaraş şəhərinə artıq çatdı. Avtomobillərin içində çadırlar, çarpayılar, geneator və digər ləvazimatlar mövcuddur.
Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 725 nəfərdən ibarət xilasediciləri Kahranmaraş şəhərində fəaliyyət göstəririlər. Artıq 5-ci gündür ki, axtarış-xilaetmə işləri həyata keçirilir. İndiyədək xilasedicilərimiz tərəfindın 290-dan artıq meyit, 46 nəfər sağ olaraq dağıntılar altından çıxarılıb", - nazir müavini vurğulayıb.
O bildirib ki, hazırda Kahranmaraş şəhərində 12 fərqli nöqtədə xilasetmə işləri aparılır: "Həmin bu tədbirlər 3 növbəli sistem şəkildə həyat keçirilir. Türkiyə və Azərbaycan xalqı qardaşdır. Onların dərdi və kədəri bizim də dərdimiz, kədərimizdir. Xilasedicilərimiz var gücü ilə çalışır ki, möcüzələr yaradaq. Hazırda zamanla vuruşuruq. Zamanı biz qabaqlamaq istəyirik. Hər saat, hər dəqiqə uçqunlar altında qalan şəxslərin həyatı üçün təhülkəlidir. Hazırda hava soyuqdu. Hava şəraiti ilə bağlı çalışacağıq ki, işlərimizi daha da sürətləndirək. Qarşımıza qoyulan məqsədlərə çatmaq üçün vuruşuq".