Polşa Belarusla sərhəddəki digər keçid məntəqələrini də bağlaya bilər

 15:41 10.02.2023     282

Polşa hakimiyyəti Belarusla sərhəddə növbəti sərhəd-keçid məntəqələrinin bağlanmasını istisna etmir.

Redaktor.az xəbər verir ki, bunu fevralın 10-da Polşanın baş naziri Mateuş Moravetski Avropa İttifaqı sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Əgər biz Belarusun hərəkətlərindən danışsaq, Belarusla yeni sərhəd keçidlərinin bağlanmasını istisna etmirik”, - o, deyib.

Turan İSMAYIL