Zaxarovadan Qazaxıstanın Rusiyadakı ticarət nümayəndəliyini bağlamasına REAKSİYA
Rusiya tərəfi Qazaxıstandakı ticarət nümayəndəliyini bağlamağı planlaşdırmır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə fevralın 10-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.
“Rusiyanın oxşar hərəkətləri planlaşdırıb-planlaşdırmadığına gəlincə, xeyr, əlbəttə ki, yox. Bu məsələ müzakirə olunmur və müzakirə olunmayıb" - o, Qazaxıstanın Rusiyadakı ticarət nümayəndəliyinin bağlanmasına cavabı şərh edərkən deyib.
Diplomat qeyd edib ki, ticarət nümayəndəliyinin bağlanması belə qurumların qarşılıqlı yaradılması haqqında hökumətlərarası sazişin denonsasiyasını tələb etmir.
“Belə bir anlayış var ki, Qazaxıstan hakimiyyətinin bu qərarı Rusiya Federasiyasının Qazaxıstandakı ticarət nümayəndəliyinin fəaliyyətinə təsir etməyəcək”, - o əlavə edib.
Turan İSMAYIL