Ərdoğan yardımla bağlı əsas problemi açıqladı

 16:30 10.02.2023     324

“İndi əsas problem kənardan gələn maşınların yaratdığı tıxacdır”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydıyamanda çıxışı zamanı deyib.

O bildirib ki, yardım kampaniyası koordinasiyalı şəkildə həyata keçirilməlidir:

“AFAD-ın hesablarına köçürülən məbləğlər bütünlüklə zəlzələdən zərərçəkmişlərə ayırılacaq. Buna şübhəniz olmasın".