Ərdoğan xilasetmə işlərindən narazıdır: "Lazımi sürətlə aparılmır"
"Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır".
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydıyamanda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas prioritet insan amilidir: "İndiyədək 94 müxtəlif ölkədən dəstək təklifi gəlib. Əcnəbi və yerli mütəxəssislər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Təəssüf ki, axtarış-xilasetmə tədbirləri lazımi qədər sürətlə davam etmir”.