Paşinyan yeni nazirlərə and içdirdi

 17:38 10.02.2023     393

Ermənistanın baş naziri Nikol Paşinyan, ölkə prezidenti Vahaqn Xaçaturyan və yeni nazirlər arasında prezident iqamətgahında görüş keçirilib.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, yeni nazirlər and içiblər.

Mərasimdə təhsil naziri Janna Andreasyan, ədliyyə naziri Qriqor Minasyan, maliyyə naziri Vahe Hovanisyan, daxili işlər naziri Vahe Kazaryan iştirak ediblər.

Qeyd edək ki, adları çəkilən nazirlər yaxın müddətdə vəzifəyə təyinat alıblar.