Zəlzələnin fəsadlarının aradan qaldırılmasına 5 milyard ayrıldı
“Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 100 milyard lirə (5 milyard dollar) ayırdıq. Ev sahibi olanlara 5 min lirə, kirayədə qalanlara isə 2 min lirə kirayə yardımı edəcəyik. Dağıntıların təmizlənməsi işlərindən sonra tikinti işlərinə başlayacağıq”.
Redaktot.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyadakı çıxışı zamanı deyib.
Türkiyə Prezidenti ehtiyat ərazilərdə də tikintiyə başlayacaqlarını bildirib:
“Allahın izni ilə bu işi 1 ilə bitirəcəyik. Heç birimizi çarəsiz və ya baxımsız qoymayacağıq. Mən istəyirəm ki, zəlzələ bölgəsində olan vətəndaşlarımız öz dövlətlərinə etibar etsinlər. Bəzi şəbəkələrə qulaq asmayın. Bu gün birlik və həmrəylik günüdür”.