Qazaxıstan-Rusiya sərhədində zəlzələ oldu
Qazaxıstanın Rusiya ilə sərhədində 4,4 bal gücündə zəlzələ baş verib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Zəlzələ Qazaxıstanın Seysmoloji Stansiyalar Şəbəkəsi tərəfindən qeydə alınıb.
Moskva vaxtı ilə saat 15:35-də ocağı 10 kilometr dərinlikdə olan zəlzələ qeydə alınıb. O, Astanadan 900 kilometrdən çox şimal-şərqdə, Rusiya-Qazaxıstan sərhədində yerləşir.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Turan İSMAYIL