Moldovanın yeni baş naziri o ola bilər 

 20:11 10.02.2023     277

Moldova Prezidenti Maya Sandu Ali Təhlükəsizlik Şurasının katibi və Prezidentin müdafiə məsələləri üzrə köməkçisi Dorin Reçanı ölkənin Baş nazir postuna namizəd irəli sürüb.

Redaktor.az xəbər verir ki, bu barədə Moldovanın RFI agentliyi məlumat yayıb.

“Biz parlamentdəki fraksiyalarla məsləhətləşmələr apardıq. Müzakirələr nəticəsində mən Dorin Reçanın Moldova Respublikasının Baş naziri vəzifəsinə namizəd kimi təyin edilməsi haqqında fərman imzaladım”, - deyə xanım Sandu bildirib.

Xanım Sandunun fikrincə, yeni hökumət korrupsiyaya qarşı mübarizəni davam etdirməli və sürətləndirməlidir. “Yaxın vaxtlarda hökumətin yeni komandası formalaşacaq”, - Moldova prezidenti bildirib.

Xatırladaq ki, bu gün Moldova Baş naziri Natalya Qavrilita və hökuməti istafa verib.