Gənc qız 102 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
Türkiyənin Hatay vilayətində dağıntılar altından çıxarılan 17 yaşlı Dilan Oktay göz yaşlarına hakim ola bilməyib.
Redaktor.az "CNN-Türk"ə istinadla xəbər verir ki, 102 saat sonra dağıntılar altından çıxarılan qızın səhhəti normal qiymətləndirilir.
Qız dağıntılar altından çıxarılarkən ətrafdakı insanları salamlayaraq normal olduğuna işarə edib. Bu zaman onun duyğulandığı diqqətdən qaçmayıb.
Qeyd edək ki, 17 yaşlı qızın xilas edildiyi dağıntılar altından daha bir neçə nəfər xilas edilib.