Zəlzələdən sonra Türkiyədə qiymət artımına görə 353 şirkət cərimələndi

 20:41 10.02.2023     275

Türkiyənin Ticarət Nazirliyi cümə günü elan edib ki, ölkədəki 353 şirkət zəlzələlərdən sonra bahalaşan qiymətlərə görə ümumilikdə 85 milyon türk lirəsi (4,5 milyon dollar) məbləğində cərimələnib.

Redaktor.az xəbər verir ki, bu barədə "TRT" telekanalı məlumat yayıb.

Cərimə olunan firmalar təbii fəlakət qurbanlarının ehtiyac duyduğu əsas malların qiymətini artırmaqda günahlandırılır.

Cərimə olunan şirkətlərin siyahısı verilmir.

Tunar Altunbay