Ukraynada 7 nazir müavini işdən çıxarıldı 

 23:25 10.02.2023     274

Ukraynada yeddi nazir müavinini vəzifəsindən azad edib.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat yayıb.

Bildirilib ki, işdən çıxarılanlardan beşi daxili işlər nazirinin müavinidir.

Məlumata görə, Meri Hakopyan, İqor Bondarenko, Sergey Qonçarov, Bohdan Drapyatı, Yekaterina Pavliçenko daxili işlər nazirinin müavini vəzifəsindən azad ediliblər.

Denis Kudini Ukrayna iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən, Olha Rabiyçuku Turizmin İnkişafı üzrə Dövlət Agentliyi rəhbərinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşma üzrə müavini vəzifəsindən azad edilib.