Kahramanmaraşda dağılan binalarla bağlı araşdırmalara başlanıldı

 11:49 11.02.2023     235

Kahramanmaraşda dağılan binalarla bağlı araşdırmalara başlanılıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraş Baş Prokurorluğu şəhərdəki zəlzələlərdən sonra dağılan binalarla bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Bildirilib ki, zəlzələ bölgələrində dağılan binalarla bağlı dərhal və gecikdirilmədən araşdırmalara başlanılıb və bu çərçivədə texniki ekspert komissiyaları təyin edilib. Artıq sahədən nümunələr götürülüb.

"Binaların tikintisini öhdəsinə götürən və sonradan tikinti normalarına əməl etməyərək binaların uçmasına səbəb olacaq şəkildə dəyişiklik edən məsul şəxslərin müəyyən edilməsi ilə bağlı aidiyyəti qurumlarla yazışmalar aparılıb. Həmin şəxslər baxımından zəruri ehtiyat situasiyaları qiymətləndirilərək məsələnin həssaslığı nəzərə alınmaqla, təhqiqat hərtərəfli və bütün detallarla aparılır", - deyə məlumatda bildirilib.