83 yaşlı qadın və 2 yaşlı körpə dağıntılar altından sağ çıxarıldı
Türkiyənin Malatya əyalətinin Battalqazi rayonunda 83 yaşlı qadın 124,5 saatdan sonra dağıntılar altından xilas edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Başqa bir məlumata görə, Türkiyənin Hatay əyalətinin Antakya rayonunda 2 yaşlı körpə zəlzələdən 122 saat sonra dağıntılar altından sağ çıxarılıb.