Ərdoğan Diyarbakıra getdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən zəlzələ bölgəsinə gedib.
Redaktor.az xəbər verir ki, ölkə lideri Esenboğa hava limanından Diyarbakıra yola düşüb. Ərdoğanın oradan Şanlıurfaya gedəcəyi gözlənilir.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 8-də Kahramanmaraş və Hatayda olub. Növbəti gün Qaziantep, Kilis və Osmaniye vilayətlərinə səfər edib.
Ərdoğan daha sonra Adıyaman və Malatyaya gedərək zəlzələ bölgəsinə baş çəkib.