Zəlzələ bölgəsində doğulan uşağa azərbaycanlı həkimin adı verildi
Türkiyədə zəlzələ bölgəsində dünyaya gələn uşağa azərbaycanlı həkimin adı verilib.
Redaktor.az xəbər verir ki, zəlzələdən sonra dünyaya gələn uşaqlardan birinə azərbaycanlı həkim Elvin İsazadənin adı verilib.
“4 günlük yuxusuzluq, yorğunluq və stresdən sonra bu duyğunu izah edə bilmirəm. Zəlzələ bölgəsində dünyaya gələn balaya anası, atası mənim adımı verdi. Allah körpə balamıza gözəl həyat nəsib eləsin”, - deyə həkim bildirib.