Zəlzələ zamanı talanla məşğul olanlar həbs edildi 

 23:20 11.02.2023     277

Türkiyədə baş verən zəlzələ zamanı soyğunçuluq və talanla məşğul olan şəxslər barədə tədbir görülüb.

Redaktor.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, zəlzələdən sonra oğurluq və talanlarla bağlı Respublika Baş Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Bildirilir ki, 8 vilayətdə 48 şübhəli həbs edilib, 7 şübhəli şəxs barəsində nəzarət qərarı verilib.