Ukrayna rus işğalçılaçılarının son itkilərini açıqladı - FOTO

 11:15 12.02.2023     461

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 137780 (+900) nəfər canlı qüvvəsi, 3280 (+13) tank,  6488 (+14) ədəd zirehli döyüş maşını, 2287 (+17) ədəd artileriya sistemi, 465 (+2) reaktiv yaylım atəşi sistemi, 234 (+0) hava hücumundan müdafiə sistemi, 296 (+1) təyyarə, 286 (+0) helikopter, 2007 (+10) PUA, 857 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5148 (+14) avtomobil texnikası və avtosistern, 215 (+1) xüsusi texnikası məhv edilib.

Tunar Altunbay