Yunanıstanın XİN-başçısı Türkiyəyə səfər edəcək

 11:30 12.02.2023     368

Yunanıstanın xarici işlər naziri Nikos Dendias fevralın 12-də Türkiyəyə səfər etməyi planlaşdırır.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə Dendias zəlzələdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən Yunanıstan yardım missiyasının üzvləri ilə görüşəcək.

Bundan əlavə, Dendias Antakyadakı əməliyyat mərkəzinə baş çəkmək niyyətindədir.

Yunanıstanlı nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfər olacaq.