"Çox çirkliyəm, məni hamama aparın" - 147 saatdan sonra xilas edilən azyaşlı
Türkiyənin Hatay şəhərinin Yumak rayonundakı 7 mərtəbəli binanın dağıntıları altından 12 yaşlı Cudi və nənəsi sağ çıxarılıb.
Redaktor.az xəbər verir ki, zəlzələdən 147 saat sonra xilas edilən azyaşlının ilk istəyi hamını təəccübləndirib.
Belə ki, o nə yemək, nə də su istəyib. "Çox çirkliyəm, məni hamama aparın" deyən azyaşlıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.