Türkiyədə zəlzələdə dağılan binalara görə 113 nəfər SAXLANILDI
Türkiyədə baş verən zəlzələdə dağılan çox sayda bina ilə bağlı yüzdən çox adam məsuliyyətə cəlb edilib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikasının vitse-prezidenti Fuad Oktay bildirib.
“Zəlzələdə dağılan binalarla bağlı 131 şübhəli şəxs məsuliyyətə cəlb edilib, onlardan 1-i həbs edilib, 113-ü barəsində isə həbs qətimkan tədbiri seçilib”, - deyə Fuad Oktay qeyd edib.