Türkiyədə ard-arda möcüzələr yaşandı: 152 saat sonra dağıntılar altından çıxarıldılar - YENİLƏNİB
Türkiyədə 152 saat sonra dağıntılar altından qadın və 8 yaşlı uşaq sağ çıxarılıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Adıyamanda 8 mərtəbəli binanın 4-cü mərtəbəsində dağıntılar altında qalan 8 yaşlı Hacı Ahmet Eyici xilas edilib.
Bununla yanaşı, Elitaş Mahallesi deyilən ərazidə dağıntılar altında qalan 22 yaşlı Rəbiyə adlı qadın xilas olub.
İlkin tibbi yardımdan sonra hər ikisi xəstəxanaya aparılıb.
***
Türkiyənin Hatay bölgəsində baş verən zəlzələnin 150-ci saatında 3 yaşlı qız uşağı dağıntılar altından xilas edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə bildirib.
Zəlzələ nəticəsində dağılan binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.
Enkaz altından 150. saatte kurtarılan minik kız çocuğumuza ilk tıbbi müdahale Hatay Sahra Hastanemizde gerçekleştirildi. Bir çocuk hekimi olarak sürece nezaret ettik. Yavrumuz tedavi için helikopter ambulansla Adana’ya gönderildi. pic.twitter.com/lXFwND9i1G
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) February 12, 2023