Stoltenberqin səlahiyyət müddəti uzadıldı

 15:13 12.02.2023     290

NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti qeyri-rəsmi olaraq daha bir il uzadılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Welt am Sonntag" nəşri yazıb. 

Bildirilib ki, bu barədə 35 ölkə belə bir razılığa gəlib. Qeyd olunub ki, Stoltenberq xüsusilə Ukraynadakı müharibə fonunda NATO üçün önəm daşıyan nailiyyətlər əldə edib.

Nəşrin mənbələri Stoltenberqin postda saxlanmasının alyansa çətin anlarda sabitlik gətirəcəyini bildirib. Buna baxmayaraq, baş katibin sözçüsü onun bu ilin payızında vəzifəsini tərk etməyə hazırlaşdığı barədə məlumat verib.

Qeyd edək ki, Stoltenberq 9 ilə yaxındır ki, NATO-nun baş katibidir.