Türkiyə və Yunanıstanın xarici işlər nazirləri Hataya getdi - YENİLƏNİB

 15:28 12.02.2023     271

Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hataya səfər ediblər. 

Redaktor.az Ankara bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Hatay şöbəsinə gedəcəklər,  xilasetmə işləri və humanitar yardımlarla bağlı müzakirə aparacaqlar.

Qeyd edək ki, Nikos Dendias bu gün Türkiyəyə Adana Hava limanından eniş edib. 

Türkiyə və yunanıstanlı nazirlərin ikitərəfli görüşü də olub.