Anadolunun 14 əsrlik ilk məscidi dağıldı - VİDEO
Türkiyədə baş vermiş zəlzələ nəticəsində Hatayda böyük dağıntılar olub.
Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, həmçinin zəlzələ zamanı Anadolunun ilk məscidi hesab olunan, 1400 il əvvəl inşa olunmuş Hataydakı tarixi Həbibi-Nəccar məscidi də dağılıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 29 605 nəfər həyatını itirib.