Polşa sərhədlərini PUA-larla qoruyacaq 

 19:33 12.02.2023     299

Polşa silahlı qüvvələri ABŞ-dan MQ-9A "Reaper" kəşfiyyat tipli pilotsuz uçuş aparatlarını (PUA) icarəyə götürüb.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

Bildirilib ki, PUA-lar Polşanın Belarus və Ukrayna ilə şərq sərhədinin qorunmasında istifadə olunacaq.

PUA-ların lizinq müqaviləsi 2022-ci ilin sonunda imzalanıb. Polşa Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkə öz PUA-larını əldə edənə qədər icarəyə götürülən sistemlər müvəqqətidir.