Sabiq prezident ABŞ-dan qayıtmaq istəyir
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro yaxın həftələrdə vətəninə qayıtmaq niyyətində olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, o, ABŞ-ın Florida ştatındakı evangelist kilsəsində ilk dəfə vətənə qayıtması barədə danışıb və tezliklə Braziliyaya gedəcəyini deyib.
Qeyd edək ki, sabiq dövlət başçısı yeni prezidentin and içməsindən bir neçə gün əvvəl diplomatik pasportla ABŞ-a gedib. Öncə bir aylıq viza alan Bolsonaro daha sonra turist vizası üçün müraciət edib. Braziliyada onun haqqında bir neçə işdə araşdırma aparıldığı bildirilir.