Gürcüstanda bir gündə dörd dəfə zəlzələ oldu

 22:20 12.02.2023     344

Son sutka ərzində gürcü seysmoloqları ölkənin qərbində üç, eləcə də cənubunda bir zəlzələ qeydə alıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Gürcüstanın cənubunda 3,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Axalkalaki şəhərindən iki kilometr aralıda, episentri isə beş kilometr dərinlikdə yerləşib.

Daha sonra ölkənin qərbində 24 saat ərzində 4,4 və 4,3 bal gücündə zəlzələlər qeydə alınıb. Onların episentrləri şəhər tipli Baxmaro qəsəbəsi ərazisində yerləşib.

Bundan əvvəl Quriya bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.