Mişel də Ərdoğana zəng etdi: Türkiyə tək deyil
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla zəng edib.
Redaktor.az xəbər verir ki, bu barədə Mişel özünün "Twitter" hesabında məlumat yayıb.
O qeyd edib ki, telefon danışığı zamanı Türkiyə xalqına başsağlığı, həmrəylik və dəstək ifadə edib.
"Türkiyə tək deyil. Aİ və üzv dövlətlər dəstəyi səfərbər etməyə davam edəcəklər", - deyə Mişel bildirib.
Aİ rəsmisi Suriyaya humanitar çıxışı təmin etdiyinə görə Türkiyəyə təşəkkür edib.