Bayraktar zəlzələdən zərərçəkənlərə 1000 mənzil verəcək 

 23:35 12.02.2023     480

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalı ilə məşğul olan "Baykar" şirkəti zəlzələdə zərər çəkən şəxslərə 1000 mənzil bağışlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin texniki direktoru Səlcuk Bayraktar özünün sosial media hesabında yerləşdirdiyi videomüraciətdə deyib.

"Fəlakət zamanı bacı-qardaşlarımızın qalıcı sığınacaq ehtiyaclarının həlli budur. Yaralarımızı bir ürəklə sağaldacağıq", - deyə o qeyd edib.

Bayraktar prosesin AFAD ilə koordinasiyalı şəkildə aparılacağını bildirib.